İran tələbəmizi casusluqda ittiham edir
İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.
Bu barədə APA-ya açıqlamasında anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, Fərid Səfərli İranda həbs edilib.
“Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsulluğumuz da bu barədə İranın adiyyəti qurumlarına müraciət edib”, – deyə Dilarə Əsgərova qeyd edib.
O həmçinin oğluna verilən ittihamın əsassız olduğunu, bunu qəbul etmədiklərini dilə gətirib.
Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
#İran teqi istifadə olunub
