İrandan gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
İran və Belarusun bəzi ixracatçılarına Azərbaycana məhsul idxalına müvəqqəti qadağa qoyulub. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məhdudiyyət portağal və kartof gətirilməsinə tətbiq edilib.
“İran İslam Respublikasından idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu, Belarus Respublikasından idxal edilən ərzaqlıq kartof məhsullarında isə 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib.
İranın 5, Belarusun isə 4 ixracatçısının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel tarixindən müvəqqəti qadağa qoyulması qərara alınıb”, - deyə qurumun məlumatında deyilir.
Həmçinin fiziki şəxs Əhməd Tağıyevin İrandan idxal etdiyi 23 700 kq ərzaqlıq kartofda karantin tətbiq edilən fitopatogen bakteriyalar – kartofun qonur çürüməsi aşkarlanıb. Yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib.
#İran teqi istifadə olunub
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Vaşinqton və Tehran arasında hərbi gərginlik yenidən alovlanacaq? - Baku TV CANLI
- İran-ABŞ danışıqları fonunda silahlanma | Regionu nə gözləyir? - Baku TV
- Vaşinqtonla Tehran arasında pərdəarxası təmaslar | Danışıqlar masası qurula bilərmi? - Baku TV CANLI
- İran ABŞ-nin mümkün hücumuna necə cavab verəcək? - AKTUAL GÜNDƏM
