İş var, işçi yox | İşaxtaranlar haqlıdır, yoxsa işəgötürənlər?
Xadimə, qeydiyyatçı, çayçı, ofisiant və s. bu kimi ixtisassız peşələrlə bağlı vakansiyaları tez-tez görürük. Lakin maraqlısı odur ki, əmək bazarında bu peşələrə tələbat olsa da, çox vaxt işəgötürənlər bu sahələr üzrə işçi tapmaqda çətinliklər yaşayırlar. Bəs buna səbəb nədir?
Ekspertlər bildirirlər ki, belə işlər ixtisassız peşələr olsa da, çox zaman işəgötürənin işçinin üzərinə qoyduğu tələb yüksək olur.
“İşəgötürənlərin həmin ixtisassız peşələrə tələbləri artmaqdadır. Təsadüfi adamları işə götürmürlər, bəzən xarici dil zərurəti olan ofislərdə hətta xadimədən də minimal xarici dil biliyi tələb edirlər”, – hüquqşünas Sahib Məmmədov deyib.
Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili departamentinin rəhbəri Elman Sadıqovun sözlərinə görə isə bu kimi hallara səbəb çox vaxt işsizlərin və işaxtaranların əməkhaqqı ilə qane olmamalarıdır.
#Dövlət Məşğulluq Agentliyi teqi istifadə olunub
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Cəbrayıldakı təsərrüfatlara mediatur | Neçə nəfər məşğulluq tədbirlərinə cəlb olunub? - Baku TV
- 11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV
- "Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV
- Layihədə iştirak proseduru necədir?
