İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə şad xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik 600 manat müavinətin təyin olunmasına başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, müavinət Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilərə aiddir.
Müavinəti almaq üçün işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac yoxur. Belə şəxslər üçün maaşlarına əlavələrin, həmçinin hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.
#Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teqi istifadə olunub
- Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib - Baku TV
- Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV
- Valideyn himayəsindən məhrum uşaqlar üçün mühüm addım - Baku TV
