İŞGƏNCƏ GÖRDÜYÜ YERLƏRDƏ İLLƏR SONRA DƏHŞƏT YAŞADI
Yeniliklərdən dərhal xəbərdar olun
Meşəli qətliamını törədənlərdən biri, erməni terrorçu Vaqif Xaçatryanın ağır işgəncələr verdiyi Mail Məmmədov 31 il sonra erməni vəhşiliyinə məruz qaldığı yerlərdə – Hadrut qəsəbəsində, Tuğ kəndində və Şuşa həbsxanasında olub.
M.Məmmədov Hadrutda əsir saxlanıldığı yeri tapdıqdan sonra Şuşa həbsxanasına yollanıb. O, burada gördüyü işgəncələri yadına salaraq göz yaşlarını saxlaya bilməyib:
“Ağlasığmaz işgəncələr görürdük. Hər yerimizə vururdular. Gəlib kameradan çıxarıb aparırdılar, istədikləri otaqda döyürdülər”.
Daha sonra Xocavəndin Tuğ kəndinə gedən keçmiş əsir burada məruz qaldığı vəhşilikdən danışıb: “Məni dirəyə bağlamışdılar. Sonra çölə çıxarıb, sobada qızdırdıqları xaçı sinəmə basdılar. İki gündən bir yaranın qaysağını təpiklə qoparırdılar”.
#Mail Məmmədov teqi istifadə olunub
