Pleyeri seçin:

İşləməyən qaz sayğacları insanları küçələrdə qoydu | "Azəriqaz" problemə necə yanaşdı? - Baku TV

02 yanvar 2026 527 baxış

Yeni ilin ilk günlərindən etibarən bəzi ərazilərdə smart-kart tipli qaz sayğaclarından istifadə edən sakinlər qaz təchizatında yaranan problemlər səbəbindən çətin vəziyyətlə üzləşiblər.

Məsələ ilə bağlı vətəndaşlar Baku TV-nin qaynar xəttinə müraciət edərək kartla ödəniş zamanı texniki problemlərin yarandığını bildiriblər.

Onların sözlərinə görə, terminal vasitəsilə ödəniş etməyə cəhd göstərilsə də, əməliyyat uğursuz olur.

“Dünəndən bəri qaz gəlmir. Terminal vasitəsilə ödəniş etməyə çalışırıq, amma sistemdə “əməliyyat səhvdir” mesajı çıxır”, – deyə sakinlərdən biri bildirib.

“Anam 40 dərəcə qızdırmadan əziyyət çəkir, körpə uşaq da onun kimidir. Evdə qaz yoxdur. Dərdimizi kimə deyək?”, – başqa bir sakin vurğulayıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib:

“Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 527 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 527 baxış
Seçilmişlər
icon