Pleyeri seçin:

Kombilərlə bağlı ciddi dəyişiklik | Yeni qayda mənzil qiymətlərini artıracaq? - Baku TV

28 aprel 2026 457 baxış

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyət tətbiq ediləcək.

Qərara əsasən, fərdi istilik sistemlərinin quraşdırılmasına çoxmənzilli yaşayış binası 5 mərtəbəyə qədər olduqda, binanın yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda və mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda icazə veriləcək.

Bəs fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətin tətbiqi yeni tikiləcək yaşayış binalarında mənzillərin qiymətlərinə təsir edə bilər?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, mərkəzləşdirilmiş qazanxana sisteminin qurulması mənzillərin maya dəyərini artıracaq. Bu da qiymətə təsir göstərəcək. Lakin digər tərəfdən mənzil sahiblərinin istiliklə bağlı xərcləri azala bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da yeniliyin tətbiqinin yaşayış sahələrinin qiymətlərini artıracağı qənaətindədir.

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətlərin qoyulması ilə bağlı fərqli fikirdədir. O, mərkəzləşdirilmiş qazanxanaların fərdi istilik sistemini əvəzləyə bilməyəcəyini deyir.

Onun sözlərinə görə, kombi sistemi vətəndaşa daha çox müstəqillik verir və nasazlıq zamanı problemi daha qısa müddətdə həll etməyə imkan yaradır. Amma iri qazanxanaların texniki baxışı, təmiri və istiliyin ötürülməsi zamanı yaranan itkilər də nəzərə alınmalıdır. Bu isə mərkəzləşdirilmiş istilik sisteminə malik mənzillərin cəlbediciliyini azalda bilər.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 457 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 457 baxış
Seçilmişlər
icon