Pleyeri seçin:

Kürdəmirdə küçədə yaşayan iki uşaqlı ailənin acınacaqlı vəziyyəti

15 oktyabr 2023 369 baxış

Kürdəmirdə ikisi azyaşlı olmaqla 4 nəfərdən ibarət ailə bir aydan çoxdur ki, evləri olmadığından küçədə gecələyir.

Bu barədə Baku TV-nin qaynar xəttinə rayon sakinləri məlumat veriblər. Məlumat daxil olan kimi əməkdaşlar ailənin axtarışına çıxıb və onların gecələdiyi yerə baş çəkiblər.

Məlum olub ki, ailə gün ərzində dilənməklə öz tələbatlarını qarşılamağa çalışır. 4 nəfərdən ibarət ailənin başçısı isə əlildir, iki ayağını itirib.

“Balalarımı da götürüb bura gəldim. Elə gələn gündən bu günlərə düşmüşük. Havalar da soyuyub. Övladlarım xəstələnib, ailəmdə hamı öskürür. Mənim az yaşım yoxdur, 61 yaşım var. Mən nə vaxta kimi çöllərdə qalmalıyam? Yaşamaq istəyirəm, bir ev olsun, balalarımla, ailəm ilə bir tikə çörəyimizi yeyək”, – küçədə gecələyən ailə başçısı Kərəm Veysəlov deyib.

Ailənin acınacaqlı vəziyyəti ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, sözügedən ailənin yaşadığı əraziyə agentliyin əməkdaşları baxış keçiriblər:

“Ailə agentliyin müvafiq sığınacaqda yerləşmək təklifini qəbul etməyib. Əlavə olaraq ailənin hazırkı vəziyyətinin uşaqların sağlamlığı və həyatı üçün birbaşa təhlükəli olduğunu nəzərə alınaraq uşaqların ailədən alınıb müvafiq dövlət müəssisəsinə yerləşdirilməsu üçün yerli icra hakimiyyətinə müraciət ediləcək”.

"Hamısı uşaqların başına dəyir" | Sakinlərin səbri tükəndi | "Yayda tozdan qırılırıq" - Baku TV

"Hamısı uşaqların başına dəyir" | Sakinlərin səbri tükəndi | "Yayda tozdan qırılırıq" - Baku TV

Cəmiyyət
23 iyul 2026 369 baxış
Bakıda illər sonra bu dəmir yolu xətti bərpa olunur | Maştağada hansı ərazilər söküləcək? - Baku TV

Bakıda illər sonra bu dəmir yolu xətti bərpa olunur | Maştağada hansı ərazilər söküləcək? - Baku TV

Cəmiyyət
23 iyul 2026 369 baxış
Bu yerdən keçmək belə təhlükəlidir | Yasamalda dəhşətli partlayış olmuş evdə son vəziyyət - Baku TV

Bu yerdən keçmək belə təhlükəlidir | Yasamalda dəhşətli partlayış olmuş evdə son vəziyyət - Baku TV

Cəmiyyət
23 iyul 2026 369 baxış
"Ay anam-bacım, pul istəyirlər!" | Sakinlərdən etiraz | "Yoldan keçən yandırıb atır" - Baku TV

"Ay anam-bacım, pul istəyirlər!" | Sakinlərdən etiraz | "Yoldan keçən yandırıb atır" - Baku TV

Cəmiyyət
23 iyul 2026 369 baxış
Autizmli uşaqların sayı iki dəfədən çox artıb: cəmiyyət buna hazırdırmı? - AKTUAL GÜNDƏM

Autizmli uşaqların sayı iki dəfədən çox artıb: cəmiyyət buna hazırdırmı? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 iyul 2026 369 baxış
"Camaat qorxa-qorxa keçir" | Sakinlər çıxılmaz halda | "Hamı uşağını maşınla apara bilmir" - Baku TV

"Camaat qorxa-qorxa keçir" | Sakinlər çıxılmaz halda | "Hamı uşağını maşınla apara bilmir" - Baku TV

Cəmiyyət
23 iyul 2026 369 baxış
"O araya girin, eləcə palçıqdır" | Həll edilməyən problem sakinləri özündən çıxardı - Baku TV

"O araya girin, eləcə palçıqdır" | Həll edilməyən problem sakinləri özündən çıxardı - Baku TV

Cəmiyyət
23 iyul 2026 369 baxış
Akkreditasiyadan keçməyən universiteti nə gözləyir? - Baku TV

Akkreditasiyadan keçməyən universiteti nə gözləyir? - Baku TV

Cəmiyyət
23 iyul 2026 369 baxış
Qırğızıstanın media təcrübəsi ilə tanışlıq | Azərbaycanlı jurnalistlər “Kabar” İA-da olublar

Qırğızıstanın media təcrübəsi ilə tanışlıq | Azərbaycanlı jurnalistlər “Kabar” İA-da olublar

Cəmiyyət
23 iyul 2026 369 baxış
Jurnalist olaraq peşə fəaliyyətimizə mane oldular - 24 SAAT

Jurnalist olaraq peşə fəaliyyətimizə mane oldular - 24 SAAT

Cəmiyyət
23 iyul 2026 369 baxış
Seçilmişlər
icon