Pleyeri seçin:
Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək - Baku TV
Beynəlxalq Muğam Mərkəzində mərhum Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçiriləcək. Hazırda mərasimin keçiriləcəyi mərkəzdə son hazırlıq işləri aparılır.
Vida mərasiminin təxminən saat 11:00-da başlaması planlaşdırılır. Rəsmi hissə hələ başlamasa da, şairin övladları, mədəniyyət və ictimaiyyət nümayəndələri artıq ərazidədir. Mərasim üçün gül çələngləri də gətirilib.
Vida mərasimi başa çatdıqdan sonra Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, Xalq şairi Nəriman Həsənzadə avqustun 1-nə keçən gecə vəfat edib.
Kopyalandı
#Nəriman Həsənzadə teqi istifadə olunub
- Yaxınları Xalq şairini son mənzilə belə yola saldı - Baku TV
- Şairin yaxınları onunla bağlı xatirələrini bölüşdülər - Baku TV
- Mərhum Xalq şairi I Fəxri xiyabanda son mənzilə yola salındı - Baku TV
- Ailə üzvləri, sənət dostları mərhum Xalq şairi ilə vidalaşır - Baku TV
- Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salınır - Baku TV CANLI
