Pleyeri seçin:

Nuru Paşanın döyüş yoldaşı, 10 min kimsəsiz uşağı ölümdən xilas edən Əhməd Cavad - ARAŞDIRMA

12 aprel 2025 652 baxış

1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olan Əhməd Cavad gənclik illərindən ömrünü Türk dünyasına həsr edib.

M.Ə.Rəsulzadə tərəfindən 1923-cü ildə Türkiyədə təsis olunan “Yeni Kafkasya” jurnalında Ə.Cavadın silsilə əsərlərinin çap edilməsi onun həbsinə səbəb olur. Həbsdə çox saxlanılmasa da, 1925-ci ildə növbəti təhlükə ilə üzləşir.

“Göygöl” şeirində ay-ulduz motivinə yer verməsi senzorlar tərəfindən Cümhuriyyət simvolikasına işarə kimi qiymətləndirilir. Amma Moskva komissiyasının iddianı əsassız sayması ilə budəfəki təhdid sovuşur.

Buna baxmayaraq, 1928-ci ildə şeirlərinin “İstiqlal uğrunda” toplusunda nəşr olunması onu daha ciddi təhlükə ilə qarşılaşdırır. Əhməd Cavada qarşı hücumlar daha da kəskinləşməyə başlayır.

Repressiyanın qanlı fırtınası 1937-ci ildə ədəbiyyat sahəsində ən ağır formada təzahür edir. Bununla bağlı həlledici qərarlar isə Yazıçılar İttifaqının mart plenumunda qəbul edilir.

Öncə Mərkəzi Komitənin plenumunda Mircəfər Bağırov 4 nəfəri – Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq və Əhməd Cavadı hədəf göstərir, Yazıçıları İttifaqının plenumunda bu məsələ müzakirəyə çıxarılır. Məqsəd bəlli idi, bütün oxlar həmin 4 nəfərə tuşlanacaqdı.

“Əhməd Cavadı həbs edəndən sonra Şükriyyə xanıma “həyat yoldaşınızdan imtina edin” deyiblər. O isə “bilirəm ki, siz onu güllələyəcəksiniz, amma mənim yazdığım ərizə Cavada güllədən ağır olar” cavabını verib”, − Əhməd Cavadın nəvəsi Anar Axundzadə söyləyib.

Bundan sonra Əhməd Cavad ölümə, Şükriyyə xanım ALJİR düşərgəsinə göndərilir. Yaşyarımlıq övladları Yılmaz isə Şükriyyə xanımın Qazaxıstandan dönüşünə qədər qohumlarının himayəsində böyüyür.

Banner
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 652 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 652 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 652 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 652 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 652 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 652 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 652 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 652 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 652 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 652 baxış
Seçilmişlər
icon