Pleyeri seçin:

Övladlarınızın bu davranışına diqqət edin, yoxsa... | Valideynlərin diqqətinə

26 yanvar 2025 354 baxış

Körpənin əmzik, baş barmağını əmməsi və ya yad əşyaları ağzında tutması üz-çənə aparatının inkişafında ciddi dəyişikliklərə səbəb ola bilər.

Ortodontoloq Viktoriya Radko uşaqlar üçün hansı vərdişlərin zərərli olması barədə “İzvestiya”ya danışıb.

“Barmaq və ya əmzik əmmək vərdişi körpəlikdə, uşaq ətraf aləmi tədqiq etdikdə və ağzına müxtəlif əşyalar qoyanda formalaşır. Onu bu vərdişdən vaxtında ayırmasanız, bu, normal çənə böyüməsinin pozulmasına səbəb ola bilər. Üst çənə tədricən daralır, aşağı çənə geriyə doğru hərəkət edir və bu, distal dişləmə deyilən şeyin səbəbi olur”, – deyə V.Radko izah edib.

O deyir ki, qida şüşələrinin uzun müddət istifadəsi də diqqət yetirilməli bir məqamdır. Uşaq uzun müddət əmzik vasitəsilə maye içdikdə onun çeynəmə əzələləri düzgün işləmir və bu da çənələrin harmonik inkişafına mane olur.

Dişləmənin formalaşması ilə bağlı problemlər tez-tez başını əlinə söykəyərək stolda oturan məktəb yaşlı uşaqlarda baş verir:

“Bu vəziyyətdə çənənin bir tərəfində qeyri-bərabər təzyiq yaranır ki, bu da üzün asimmetriyasına və çənə aparatının deformasiyasına səbəb olur”.

V.Radko vurğulayıb ki, bu təkcə dişlərin vəziyyətinə deyil, həm də uşağın ümumi sağlamlığına təsir göstərir. Çənələrin deformasiyası tənəffüs yollarını qismən bağlaya və xroniki hipoksiyaya səbəb ola bilər.

Bu vəziyyət daimi yorğunluğa, konsentrasiyanın azalmasına, keyfiyyətsiz yuxuya və hətta pis duruşa gətirib çıxarır. Eyni zamanda uşaq passivləşir və dərsə həvəsini itirir.

Belə problemlərin qarşısını almaq üçün valideynlər övladlarının davranışlarına kiçik yaşlardan nəzarət etməlidirlər. Ortodont həkim 1-1,5 yaşdan sonra barmaqları, əmzikləri və ya digər əşyaları əmmək vərdişini dayandırmağı, həmçinin qida üçün şüşələrdən istifadə etməməyi tövsiyə edir.

“Uşaq peşəkardan 10 dəfə çox qazanır” | Kənan Yusifov ailəsini itirdiyini niyə gizlədib? - QAPQARA

“Uşaq peşəkardan 10 dəfə çox qazanır” | Kənan Yusifov ailəsini itirdiyini niyə gizlədib? - QAPQARA

Cəmiyyət
10 avqust 2026 354 baxış
Bu avtomobil sınaqda 30 min km dayanmadan gedəcək - Baku TV

Bu avtomobil sınaqda 30 min km dayanmadan gedəcək - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Cəmiyyət
10 avqust 2026 354 baxış
“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

Cəmiyyət
10 avqust 2026 354 baxış
Seçilmişlər
icon