Pleyeri seçin:

Oyuncaqlarda gizlənən təhlükə | Uşağınızın bədənində bu əlamətlər varsa... - Baku TV

20 avqust 2026 310 baxış

Rəngarəng və cəlbedici oyuncaqlar uşaqların diqqətini asanlıqla çəkir. Lakin mütəxəssislər valideynləri seçim zamanı məhsulun keyfiyyəti və təhlükəsizliyinə diqqət yetirməyə çağırırlar.

Pediatr Bahar Cəbrayılovanın sözlərinə görə, bəzi keyfiyyətsiz plastik oyuncaqlarda ftalatlar, qurğuşun və digər ağır metallar ola bilər. O, mənşəyi məlum olmayan, kəskin kimyəvi qoxulu, rəngi əllərə çıxan və tez qırılan oyuncaqlardan uzaq durmağı tövsiyə edir.

Həkim bildirib ki, uşaq oyuncaqla təmasdan sonra davamlı qusma, qarın ağrısı, güclü halsızlıq və davranışında kəskin dəyişikliklər göstərərsə, dərhal həkimə müraciət edilməlidir.

Respublika Sanitariya-Karantin Mərkəzindən Baku TV-yə bildirilib ki, oyuncaqların kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri laboratoriyada yoxlanılır. Hazırda plastik oyuncaqlarla bağlı aparılan müayinələrdə təhlükəsizlik göstəriciləri baxımından uyğunsuzluq aşkarlanmayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə qeyd edilib ki, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələbləri müəyyən edilən mallar, o cümlədən oyuncaqlar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluq sertifikatı olmayan məhsulların Azərbaycanda satılması və istifadəsi qadağandır.

Agentlikdən əlavə edilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən, ölkədə sahibkarlıq subyektlərində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb. Bu müddətdə yalnız insanların həyatı və sağlamlığına, dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara ciddi təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama aparıla bilər.

Kopyalandı
Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 310 baxış
Seçilmişlər
icon