Parklanma yerlərində özbaşınalıq | Nazirlər kabinetinin qərarına niyə məhəl qoyulmur?
Paytaxt ərazisindəki bütün parklanmalarda demək olar ki, ilk 15 dəqiqə ödənişsiz həyata keçirilir.
Yəni sürücü öz avtomobilini ilk 15 dəqiqə pulsuz şəkildə həmin ərazidə park edə bilər.
Lakin “Qış parkı”ndakı yeraltı parklanmada mənzərə tamam fərqlidir. Burada avtomobil içəri daxil olduqdan sonra qiymət hesablanmağa başlayır.
Məsələ ilə bağlı parklanmalara nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödənişin tələb olunmaması dövlət avtomobil yollarının kənarında təşkil edilən parklanma yerlərinə şamil edilir.
Qurum sözçüsünün yeraltı dayanacağa şamil etmədiyi qanuna ekspert Elməddin Muradlı “qanun hər yerdə qanundur” deyə cavab verib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsinin 15-ci hissəsinə edilən dəyişikliyə əsasən, ödənişli parklanmalarda ilk 15 dəqiqə ödənişsizdir.
#Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi teqi istifadə olunub
- “70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV
- Azarkeşlər stadiona hansı metrolardan pulsuz aparılacaq? - Baku TV
- Matça gedənlər üçün vacib məlumat | Stadiona ödənişsiz avtobuslar ayrılacaq - Baku TV CANLI
- Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV
- “Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV
