Prezidentliyə namizədlərin adından saxta hesablar yaradılır
Bir sıra sosial şəbəkə seqmentlərində Prezident seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Bu barədə Medianın İnkişafı Agentliyinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilib.
"Seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır. İctimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götürməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa səsləyirik.
Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", – deyə açıqlamada qeyd olunub.
#Medianın İnkişafı Agentliyi teqi istifadə olunub
- Azərbaycanda yeni qurum yaradılacaq | Regionun üç gücü eyni cəbhədə - YENİ BİR SƏHƏR
- Bakı ilə Paris arasında media cəbhəsində yaşanan son gərginlik - Baku TV CANLI
- Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV
- “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa - Baku TV
- "İctimai proseslər media müstəvisində" | MEDİA-nın təşkilatçılığı ilə III forum keçirildi - Baku TV
