Pleyeri seçin:
Qalmaqallı uşaqla bağlı açıqlama verdi, işdən çıxarıldı
1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.
Səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Qərara əsasən, yaş həddi ilə əlaqədar Ağahəsən Rəsulovun əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin müəssisədən şikayətçi olan yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Baş həkim Ağahəsən Rəsulov isə onun ruhi xəstə olmadığını açıqlamışdı.
Bu arada, artıq Ağahəsən Rəsulovun yerinə təyinat olub. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Orxan Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra edəcək.
Kopyalandı
#3 saylı uşaq evi teqi istifadə olunub
- Məlumatım yoxdur, rəhbərlik də... | Qalmaqallı uşaq evində ən son vəziyyət
- 3 saylı uşaq evində nə baş verir? | Hadisə ilə bağlı rəsmi açıqlama
- Oturun maşına, "davay", gedin | Çəkiliş qrupumuza hücum etdilər, polisə müraciət edildi
- Uşaq evində 16 yaşlı qızla bağlı müəmma | Uşaq evinin əməkdaşı Baku TV-yə danışdı
- 3 saylı uşaq evində nə baş verir? - Məhəmmədin ölkədə açmadığı oyun yoxdur
