Qarabağ Universiteti ilə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“2024-2025-ci tədris ilindən ali təhsil müəssisələrinə qəbul planı hazırlanır və Qarabağ Universitetinə müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulur”.
Bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
“Bakalavr səviyyəsində 5 istiqamətdə 20 ixtisas üzrə tədris aparılacaq. Pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlərə aid, incəsənət, turizm sahələri üzrə ixtisaslar tədris olunacaq. Növbəti mərhələdə bu ixtisasların sayı artırılacaq. Universitetdə 10 istiqamət üzrə ixtisasların olmasını nəzərdə tuturuq.
Tələbələr birinci mərhələdə dövlət sifarişli təhsil alacaqlar. Onlar müvafiq təqaüd proqramları ilə əhatə olunacaqlar. Tələbələrə yataqxanada qalmaq imkanı yaradılacaq”, – deyə nazir müavini fikrinə əlavə edib.
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
