Pleyeri seçin:

Qızımın anasız qalmasından qorxuram | Xocalı əsiri Dürdanə Ağayevanın son durumu | ARZUNUN VAXTI

18 iyul 2024 445 baxış

“Yaxşı idim, Xocalıya gedəndən sonra pis günə düşdüm”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva deyib.

4 ildir xərçəng xəstəliyindən əziyyət çəkən D.Ağayeva vəziyyətinin pisləşdiyini bildirib:

“Artıq gəzə bilmirəm, ayaqlarım əsir. Üç gün əvvəl komaya düşdüm, neçə saat özümə gələ bilməmişəm. Ağrılarım çox olur, nevroloji problemlərim də var. Komaya düşməyim bununla əlaqədardır. Danışmağa da çətinlik çəkirəm. Halbuki mən 17 yaşından telefonçu işləyirdim, dilimə dil çatdırmaq olmurdu”.

Səkkiz gün əsirlikdə qalan Xocalı sakini xəstəliyinin Qarabağda çəkdiyi əziyyətlərin, qorxunun, həyəcanın nəticələri olduğunu deyib:

“Çox əziyyətlər çəkmişəm. Mən orada çox işgəncələr gördüm. 20 yaşlı qız düşmən qabağında qorxu yaşamasın, nə etsin? Mən əsir düşməsəydim, bəlkə də, bu qədər xəstəlik daşımazdım. Şəkər xəstəsiyəm, onurğamda 2 kilo dəmir var. Hamısı da Qarabağın, ermənilərin işgəncələrinin fəsadlarıdır”.

Ölümdən qorxmadığını deyən D.Ağayeva qızının anasız qalmasından narahat olduğunu söyləyib:

“Ölüm haqdır, bir gün gələn bir gün gedəcək. Bircə şeydən qorxuram, övladımın tək qalmağından. Ləmanım anasız qalmasın. Balamın məndən başqa heç kimi yoxdur. Onu mənsiz təsəvvür edə bilmirəm. Özümün yaşayıb-yaşamağım məni heç maraqlandırmır, amma övladıma görə narahat oluram. O qız mən hər dəfə pis hala düşəndə göz yaşlarına dözə bilmirəm”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 445 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 445 baxış
Seçilmişlər
icon