"7 yaşımda çıxmışdım" | Ağdam və Ağdərəyə yola salınan sakinlər duyğularını bölüşdü
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində növbəti köç prosesi həyata keçirilib.
Oktyabrın 29-da respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Xıdırlı kəndlərinə yola salınıb.
Doğma torpaqlarına qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ağdam sakini İdris İbadov bildirib:
“Bu gün 32 ildən sonra biz öz Vətənimizə qayıdırıq. Allah qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət etsin. Onlar olmasaydı, bəlkə də, biz torpaqlarımıza qayıda bilməzdik”.
Xıdırlı kəndinin sakini, keçmiş məcburi köçkün Muxtar Əhmədov isə hisslərini belə ifadə edib:
“Kəndimizi tərk edəndə 9 yaşım var idi. Bu gün doğma yurda qayıtmağın sevincini yaşayıram. Məncə, bundan gözəl gün yoxdur. Arzu edirəm ki, bütün məcburi köçkünlər bu sevinci yaşasınlar”.
#Ağdam teqi istifadə olunub
- 29 ailə doğma yurduna qayıtdı
- Azərbaycanın ən böyük avtomobil bazarının yeri dəyişdirilir - CANLI
- Ağdamda növbəti əmək yarmarkası
- Prezident Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım etdi
- Qarakənd faciəsindən 34 il ötür | Kiyevi silkələyən tufan | Nüvə gərginliyi artır | YENİ BİR SƏHƏR
