Pleyeri seçin:

"Azərpoçt"un adından dələduzluğa əl atdılar | Əhaliyə xəbərdarlıq

01 avqust 2024 339 baxış

Son günlər yeni dələduzluq növü yayılıb.

Biz hər hansı məhsulu satış saytlarına yerləşdirdikdən sonra mobil nömrəmizə saxta alıcılar tərəfindən “fake” linklər atılır. Xüsusən dövlətin yeganə milli operatoru olan “Azərpoçt”un adına açılan bu saxta linklər vasitəsilə bizim kart hesablarmız istənilir və digər şəxsi məlumatlarımız oğurlanır.

İlk olaraq alıcı adı ilə yazan dələduzlar, məhsul üçün lazım olan məbləği “Azərpoçt” vasitəsilə ödəyəcəyini bildirir və pulu əldə etmək üçün link yollayırlar. Bu linkə daxil olduqda isə kartımızın nömrəsi və pin kodu tələb edilir.

Dələduzluq faktının davamı olaraq isə “Azərpoçt” tərəfindən saxta mesaj şəklində məhsulunuzun anbara çatdığını və səhv ünvan qeyd etdiyimiz üçün çatdırılmada çətinlik çəkdikləri bildirilir. Yeni adres yaratmaq üçün bizə növbəti link yollanılır və ora daxil olduqda artıq işbazlar öz məqsədlərinə nail olurlar.

Problemlə bağlı “Azərpoçt” MMC-dən Baku TV-yə açıqlama verilib.

Bildirilib ki, “Azərpoçt” ikinci əl məhsulların satıldığı onlayn platformalarla əməkdaşlıq etmir, bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.

Qeyd edək ki, saxta link vasitəsilə hansısa bir qurumun adından istifadə etməklə bank kartlarının və digər şəxsi məlumatların oğurlanması cinayət tərkibi yaradır.

Hüquqşünas Emil Aslanovun sözlərinə görə, dələduzluq nəticəsində ələ keçirilən məbləğ 500 manatdan 5000 manata qədərdirsə, həmin şəxslər 1000 manatdan 2000 manatadək cərimələnə, hətta iki ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Bina sakinləri çətin vəziyyətdə | Damdan axan suya niyə müdaxilə edilmir? - Baku TV

Bina sakinləri çətin vəziyyətdə | Damdan axan suya niyə müdaxilə edilmir? - Baku TV

Cəmiyyət
09 avqust 2026 339 baxış
Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Cəmiyyət
09 avqust 2026 339 baxış
Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Cəmiyyət
09 avqust 2026 339 baxış
FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
08 avqust 2026 339 baxış
"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

Cəmiyyət
08 avqust 2026 339 baxış
Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Cəmiyyət
08 avqust 2026 339 baxış
Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Cəmiyyət
08 avqust 2026 339 baxış
Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Cəmiyyət
08 avqust 2026 339 baxış
"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

Cəmiyyət
08 avqust 2026 339 baxış
Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Cəmiyyət
08 avqust 2026 339 baxış
Seçilmişlər
icon