Pleyeri seçin:

"Bir də doğulsam, evlənmərəm" | Dubayda şirkəti olan pakistanlı bəy niyə evlənəndə işsiz qaldı?

13 iyul 2026 120 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışında pakistanlı Hassan Khanla ailə quran azərbaycanlı Əfsanə Khan evlilikləri, toy adətləri və birgə həyatlarında qarşılaşdıqları çətinliklərdən danışıblar.

Əfsanə bildirib ki, münasibətlərində qarşılıqlı inam olsa da, hər ikisi bir-birini qısqanır. Lakin ciddi mübahisələri olmur və inciklikləri uzun çəkmir.

Onun sözlərinə görə, ailəsi cehiz verməyib, çünki Hassan bütün ehtiyacları özü qarşılamaq istəyib.

Hassan isə evliliklərinin ilk dövründə maddi çətinlik çəkdiklərini, bir neçə ay işsiz qaldığını və evdə əşyaları olmadığı üçün bir müddət kafelin üstündə yatdıqlarını deyib.

Əfsanə Pakistana köçdükdən sonra yerli yeməklərə və həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkdiyini, iki ay sonra sarılıq xəstəliyinə tutulduğunu bildirib. Zamanla isə yeni mühitə öyrəşib.

Hazırda Dubayda turizm şirkəti olan Hassan ailə qurduqdan sonra işlərinin yaxşılaşdığını, aldığı avtomobil və torpaq sahəsini Əfsanənin adına rəsmiləşdirdiyini, gələcəkdə yeni şirkət açmağı planlaşdırdığını deyib.

Hassan ailə həyatlarından danışarkən ev işlərində həyat yoldaşına kömək etdiyini zarafatla dilə gətirib:

“Mən uşaqlara baxıram, yemək bişirirəm. O isə yatır”.

Hassan “Dünyaya ikinci dəfə gəlsəydin, Əfsanə ilə yenə evlənərdin?” sualına əvvəlcə zarafatla “subay yaşayardım” cavabını verib. Daha sonra isə həyat yoldaşını çox sevdiyini bildirib:

“Zarafat edirəm. Biz çox yaxşı yaşayırıq. O məni çox sevir, mən də onu”.

Kopyalandı
"Müəyyən hüquqlardan məhrum olmuşuq" | Yüzlərlə ailə niyə çıxarış ala bilmir? - Baku TV

"Müəyyən hüquqlardan məhrum olmuşuq" | Yüzlərlə ailə niyə çıxarış ala bilmir? - Baku TV

Cəmiyyət
21 iyul 2026 120 baxış
“Kömək edin, bizim də canımız qurtarsın” | Çıxılmaz durumda qalan sakinlərdən sərt etiraz - Baku TV

“Kömək edin, bizim də canımız qurtarsın” | Çıxılmaz durumda qalan sakinlərdən sərt etiraz - Baku TV

Cəmiyyət
21 iyul 2026 120 baxış
"Onlarda pul çoxdur, bizdə az?!" - İllərdir həll edilməyən problem sakinləri bezdirdi - Baku TV

"Onlarda pul çoxdur, bizdə az?!" - İllərdir həll edilməyən problem sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
21 iyul 2026 120 baxış
Qobustanda yaşayan bir qrup sakin yerə tökülən zibillərdən cana yığıldı - Baku TV

Qobustanda yaşayan bir qrup sakin yerə tökülən zibillərdən cana yığıldı - Baku TV

Cəmiyyət
21 iyul 2026 120 baxış
Səyyar ASAN xidmətdən istifadə edən Xankəndi sakinləri təəssüratlarını bölüşdü - Baku TV

Səyyar ASAN xidmətdən istifadə edən Xankəndi sakinləri təəssüratlarını bölüşdü - Baku TV

Cəmiyyət
21 iyul 2026 120 baxış
"Dedi ki, ağzını-burnunu vurub sındıraram!" | Klinika rəhbəri "Baku TV" əməkdaşlarına hücum etdi

"Dedi ki, ağzını-burnunu vurub sındıraram!" | Klinika rəhbəri "Baku TV" əməkdaşlarına hücum etdi

Cəmiyyət
21 iyul 2026 120 baxış
"Öldürəsi deyiləm ki..." | Xəstənin ailəsi etiraza qalxdı, klinika nə cavab verdi? - Baku TV

"Öldürəsi deyiləm ki..." | Xəstənin ailəsi etiraza qalxdı, klinika nə cavab verdi? - Baku TV

Cəmiyyət
21 iyul 2026 120 baxış
Səyyar “ASAN xidmət” Xankəndidə | Sakinlər hansı xidmətlərdən istifadə edə biləcək? - Baku TV

Səyyar “ASAN xidmət” Xankəndidə | Sakinlər hansı xidmətlərdən istifadə edə biləcək? - Baku TV

Cəmiyyət
21 iyul 2026 120 baxış
Beynəlxalq Hava Şarları Festivalından görüntülər

Beynəlxalq Hava Şarları Festivalından görüntülər

Cəmiyyət
21 iyul 2026 120 baxış
Xəzərdə boğulmaların artmasının səbəbi dənizin dibindən çıxarılan qumdur? - AKTUAL GÜNDƏM

Xəzərdə boğulmaların artmasının səbəbi dənizin dibindən çıxarılan qumdur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
21 iyul 2026 120 baxış
Seçilmişlər
icon