"Dedilər ki, ərin sənin nəyini alıb?!" - "Məni görüb qulaqlarını çəkirlər" | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin növbəti buraxılışında aparıcı və müəllif Arzu Kəlbi Şükür Əliyev və Aysun Əliyeva cütlüyünün evində olub.
Fiziki qüsurlu olduğu üçün valideynlərinin onu tərk etdiyini söyləyən Aysun bu səbəbdən nənəsinin himayəsində böyüdüyünü bildirib:
“Anam və atam doğulduğum gündən ölməyimi istəyirdilər. Buna görə məni nənəm böyüdüb”.
Aysun iş həyatında üzləşdiyi çətinliklərə də toxunaraq bildirib ki, xarici görünüşünə görə dəfələrlə çalışdığı yerlərdən qovulub.
Onun sözlərinə görə, bununla bağlı sosial şəbəkələrdə də tez-tez qınanır və qəlbini qıran sözlərlə qarşılaşır:
“Mənə “yoldaşın niyə səninlə evlənib?!”, “Ərinə yaraşmırsan, kaş mənimlə tanış olardı” kimi rəylər yazırlar”.
Şükür Əliyev isə həyat yoldaşına göstərdiyi dəstəkdən danışıb:
“Bəziləri “cavan adamsan, niyə işləmirsən?!” deyir, amma gerçəkləri bilmirlər. Aysun uşağa baxmaqda çətinlik çəkdiyi üçün aylarla övladımızı özüm saxlamışam. Bu səbəbdən çalışa bilmirəm. Evdə ona hər işdə kömək edirəm”.
#Arzunun vaxtı teqi istifadə olunub
- Azərbaycanlı oğlanla evlənən türkiyəli bloger hansı “yazılmayan qanunlar"la üzləşdi? - ARZUNUN VAXTI
- Əlləri ilə maşınları, vaqonları dartır, dəmiri parçalayır | “3 təyyarəni dartacağam” - ARZUNUN VAXTI
- "Ailəm üçün 2 "smen" işləyirdim, "KamAZ"a girdim" - Əlil kişini arvadı niyə atdı? - ARZUNUN VAXTI
- “Dişlərim olsa, xoşbəxt olaram” | “Üzünü görmədim, 3 uşağımız oldu” - ARZUNUN VAXTI
- “O oxumasın, alınmır” - Məşhurlaşan balaca xanəndə Raul Rusiyadan Bakıya kimə görə gəldi?
