Pleyeri seçin:

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? | Emin Əmrullayevdən mühüm məlumat

15 aprel 2025 713 baxış

2025-2026-cı tədris ilindən etibarən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

Nazirin sözlərinə görə, layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə tətbiq ediləcək. Hansı məktəbləri əhatə edəcəyi isə hələlik məlum deyil. Pilot layihənin əsas məqsədi yol-nəqliyyat sistemində sıxlığın aradan qaldırılmasına töhfə verməkdir.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndinin sözlərinə görə, layihənin tətbiqi üçün nəqliyyat infrastrukturu yaxşılaşdırılmalı, məktəblərin qarşısında xüsusi avtobus zolaqları salınmaldır.

“Əksər şagirdlərin təhsil aldığı müəssisə ilə yaşadığı yer arasında məsafə çoxdur. Belə olan halda artıq məktəbli avtobusu ilə daşıma daha münasibdir. Bir çox ölkələrdə bu təcrübə var və iki üsuldan istifadə olunur: ünvandan daşıma və toplantı məntəqəsindən daşıma.

Eyni ərazidə yaşayan şagirdlər üçün müəyyən bir məntəqə ayrıla bilər. Deyilən vaxtda şagirdlər toplanır və onların daşınması məktəbli avtobusu vasitəsilə həyata keçirilir”, ‒ deyə o bildirib.

Qeyd edək ki, layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında əksini tapıb. 

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 713 baxış
Seçilmişlər
icon