Pleyeri seçin:

"Qaniçən", yoxsa böyük sərkərdə? | Azərbaycanı birləşdirən Şah Qacarın cəsədi niyə 2 yerə bölündü?

26 iyul 2026 296 baxış

1742-ci ildə Qacar tayfasının nüfuzlu ailəsində dünyaya gələn Ağa Məhəmməd şah Qacar Nadir şahın ölümündən sonra parçalanmış ölkəni və Azərbaycan xanlıqlarını vahid hakimiyyət altında birləşdirməyi qarşısına əsas məqsəd qoymuşdu.

Onun uşaqlıqda Adil şahın əmri ilə cəzalandırılması, döyüş zamanı ağır yaralanması və ya Zəki xan Zəndin qızı ilə gizli sevgi münasibətinə görə xacə edilməsi barədə müxtəlif versiyalar mövcud olsa da, bu hadisənin əsl səbəbi tarixçilər arasında hələ də mübahisə doğurur.

Düşmənləri xacəliyin onun şahlıq yolunda keçilməz əngələ çevriləcəyini düşünsələr də, Ağa Məhəmməd xan əsirlik illərində elm, tarix, riyaziyyat və hərbi biliklərini artıraraq azadlığa çıxdıqdan sonra qısa müddətdə güclü ordu yaratdı.

O, cənub xanlıqlarını əsasən döyüşsüz özünə tabe etdi, Şimali Azərbaycan xanlıqlarının böyük hissəsini birləşdirdi, Tiflisi ələ keçirdi, Tehranı paytaxt seçdi və Şah İsmayıl Xətainin qılıncını belinə bağlamaqla özünü Səfəvi dövlətçilik ənənəsinin davamçısı kimi təqdim etdi.

1797-ci ildə Şuşada şəxsi xidmətçiləri tərəfindən yatağında öldürülən şahın başı əvvəlcə İbrahimxəlil xana, daha sonra Gürcüstan hakiminə göndərilmiş, cəsədi isə Tehrana aparılaraq Fətəli şahın əmri ilə Nəcəfdə dəfn olunmuşdu.

Beləliklə, cəsədinin iki yerə bölünməsi kimi faciəli sonluq yaşayan Ağa Məhəmməd şah Qacar tarixdə bir tərəfdən sərt və amansız hökmdar, digər tərəfdən isə parçalanmış Azərbaycan torpaqlarını vahid dövlət ətrafında birləşdirməyə çalışan qüdrətli sərkərdə kimi qaldı.

Kopyalandı
Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 296 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 296 baxış
Seçilmişlər
icon