Pleyeri seçin:

"Şamaxinka"da sıxlığın aradan qaldırılması üçün hansı işlər görüləcək?

28 noyabr 2025 694 baxış

Bakının Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud olduğuna baxmayaraq, biri istifadə olunmadığından kəsişmənin tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol sahəsində isə mövcud qanunsuz parklanma halları hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.

Eyni zamanda Moskva prospektinin "Şamaxinka" adlanan ərazisində hər iki istiqamət üzrə mövcud olan geriyədönmə yerlərindən istifadə edən nəqliyyat vasitələrinin və prospekt üzrə əsas axında hərəkət edən avtomobillərin trayektoriyası toqquşur. Bu nöqtələrdə hərəkət yalnız yol nişanları ilə tənzimlənir. Nəticədə geriyədönmə edən avtomobillər əsas axına daxil olarkən yolda ciddi maneə və sıxlıq yaranır, zolaq dəyişən sürücülər və əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasında toqquşma riski artır. Pik saatlarda isə prospektin bu hissəsində axın sürəti əhəmiyyətli dərəcədə azalır.

Reallaşdırılan layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin olunacaq.

Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə artacaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək.

Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

Banner
"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 694 baxış
Seçilmişlər
icon