"Üç gündür evdən çıxa bilmirlər" | Masazırda evləri su basdı: Sakinlər çıxılmaz vəziyyətdə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır kəndində bir vaxtlar göl olan ərazi qurudularaq yaşayış sahəsinə çevrilib, burada evlər tikilib. Son günlər yağan güclü yağışlardan sonra isə ərazidə ciddi subasma problemi yaranıb. Yağış suları nə axmağa, nə də torpağa hopmağa yer tapır.
“Üç gündür burada ailələr köməksiz vəziyyətdə qalıb. Uşaqlar pəncərənin önündə otururlar. Biz onlara çörək, yemək və içməli su aparırıq. Çölə çıxmağa yer yoxdur, yol tamam bağlanıb. Mən 2009-cu ildən burada yaşayıram. Bu vaxta qədər belə vəziyyət olmayıb. Təxminən 15 ev suyun altında qalıb”, – sakinlərdən biri bildirib.
Başqa bir sakin isə vəziyyətin getdikcə ağırlaşdığını deyib:
“Hazırda vəziyyət çox pisdir. Bəzi ailələr evlərindən çıxarılıb. Kişilər qalıb ki, suyun qarşısını almaq üçün nəsə etsinlər. Amma suda heç bir azalma yoxdur. Çünki kanalizasiya sistemi işləmir”.
#Abşeron teqi istifadə olunub
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
- Su çəkiləcəyini vəd edərək pul yığdı | Hökməli sakinləri dələduzluğun qurbanı oldular - Baku TV
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
