Rövşən Rüstəmov Astara terminalının inşasından danışdı | Planlar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti ildə Şimal-Cənub ilə yanaşı, həm də Cənub-Şimal istiqamətində yükdaşımaları planlaşdırılıb.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı ADY-nin nümayəndələri Rusiya və İran dəmir yolu idarələri ilə görüşlərdə iştirak edir:
“Gələn həftə bizim İran dəmir yollarının rəhbəri ilə görüşümüz gözlənilir. Ötən ay İranda olarkən qəbul etdiyimiz fəaliyyət planına uyğun olaraq, Astara dəmir yolu yükləmə terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalının inşası tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq”.
R.Rüstəmov əlavə edib ki, keçən ay Daşkənddə Rusiya dəmir yolları rəhbəri ilə görüşdə də bu məsələ ətrafında müzakirələr aparılıb.
#Rövşən Rüstəmov teqi istifadə olunub
- ADY rəisi və İran Dəmir Yollarının rəhbəri arasındakı görüşdə nələr müzakirə edildi?
- İşlərin neçə faizi yekunlaşıb? | Rövşən Rüstəmov Horadiz-Ağbənd dəmir yolundan danışdı
- Sərnişindaşıma ilə bağlı hansı yeniliklər olacaq? | Səfər etmək istəyənlərin diqqətinə!
- ADY-nin sədri orta dəhliz barəsində nələr danışdı? | Detallar açıqlandı
- Bakı-Balakən istiqamətində ilk qatar fəaliyyətə başlayacaq | Rövşən Rüstəmovdan açıqlama
