Pleyeri seçin:

Sənədlərim, telefonum maşında yanıb... | Yanğında yanan maşınlara dəyən ziyanı kim ödəyəcək?

21 aprel 2025 977 baxış

Aprelin 20-də Binəqədi rayonunda yerləşən obyektdə baş verən yanğın nəticəsində avtomobillər də yararsız vəziyyətə düşüb.

Belə ki, həmin vaxt ərazidə olan 5 avtomobildən 4-ü tamamilə yanıb.

Bəs maraqlıdır, dəymiş ziyan sürücülərə kim tərəfindən ödəniləcək?

Zərərçəkən Əbülfəz Əliyevin sözlərinə görə, mağaza sahibi onlarla əlaqə saxlamayıb:

“Dünən hadisə yerinə gəlmişdi. Deyilənə görə, dəyən zərəri qarşılayacaq. Özünə də çox ziyan dəyib, Allah kömək olsun”.

“Çay içirdik, birdən qışqırıq səsi gəldi. Çıxıb gördüm ki, maşın yanır. Yanğının içinə girib avtomobilimi çıxartdım. Sığorta şirkətinə zəng etdim, dedilər ki, biz belə hadisələrə baxmırıq. Bu barədə obyekt sahibi ilə əlaqə saxlayın”, – zərərçəkən Fəxri İsmayılov deyib.

Şiddətli yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya məxsus obyektlərin bəzilərinə də ziyan vurub.

Bəs belə vəziyyətdə zərərçəkənlərə sığorta ödənişi edilməlidirmi?

Sığorta üzrə ekspert Emil Ağabağırov deyir ki, bu kimi hadisələrdə avtomobilin icbari sığorta növü üzrə heç bir ödəniş həyata keçirilmir:

“Bu halda yalnız kasko sığorta və yaxud da daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növü var. Bu iki sığortadan biri varsa, o zaman yanğın nəticəsində dəymiş ziyan qarşılana bilər.

Eyni zamanda yanğın baş verən obyektin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növü varsa, ətrafda olan obyektlər, mənzillər və ya avtomobillərə dəymiş zərər bu sığorta növü üzrə qarşılana bilər”.

Banner
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 977 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 977 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 977 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 977 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 977 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 977 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 977 baxış
Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI

Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 977 baxış
Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV

Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 977 baxış
Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 977 baxış
Seçilmişlər
icon