Sumqayıt məktəbində yüksək nəticə | Abituriyentlər hansı universitetləri seçdi?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət elmləri liseyi qəbul imtahanlarında yüz faiz nəticə göstərib.
Belə ki, liseyi bitirən 39 məzunun hər biri tələbə adını qazanıb. 500 bal toplayan Əli Həşimli tələbə olmaq sevincini Baku TV ilə bölüşüb:
“Təhsilimi Qarabağ Universitetində, eyni zamanda Xankəndidə davam etdirəcəyim üçün sevinc və qürur hissi duyuram”.
625 balla Azərbaycan Tibb Universitetinə daxil olan Gülay Kərimova isə uğuruna görə valideynlərinə və müəllimlərinə təşəkkür edib:
“Davamçılarıma onu bildirmək istəyirəm ki, birinci özünüzə çox güvənin. İnanmaq bacarmağın yarısıdır deyirlər. İkinci də əzmlə çalışın, bacaracaqsınız”.
Sinif rəhbəri Rahib Əfəndiyev uğurun nəticəsinin nizam-intizam olduğunu söyləyib:
“17 şagirddən 16-sı DİM-lə qəbul imtanı verib. 1-i SAT-la ADA universitetinə qəbul olub. Uşaqlara aşıladığım ən böyük keyfiyyət əməkdaşlıqdır. Bu əməkdaşlıq onları yüksək nəticə əldə etməyə gətirib çıxardı”.
#Sumqayıt teqi istifadə olunub
- Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV
- Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV
- Şəhid anasını və oğlunu söyən şəxsin sonu
- 11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı
- Sumqayıtda dəhşətli hadisə | 16 yaşlı yeniyetmə bıçaqlanıb - Baku TV
