Pleyeri seçin:
Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm | Yazıçı Anardan təsirli sözlər
“Xalqımız böyük ictimai-siyasi xadimini itirdi. Yaxınları qayğıkeş ailə başçısını itirdilər.
Mən isə ən yaxın dostumu itirdim”. Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində deyib.
O, ən yaxın dostunun vəfatından dərin sarsıntı hissi keçirdiyini bildirib.
“Bu, bəlkə də taleyin cəzasıdır ki, mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Danışa bilmirəm, çox çətindir”, ‒ A.Rzayev əlavə edib.
Kopyalandı
