Ukrayna diplomları Azərbaycanda tanınacaq?
Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi Ukraynada təhsil almaq istəyən şəxslərə müraciət edib.
Bu barədə Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün keçirilən təlimdə danışıb.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə müəyyən güzəşt edilib:
"Lakin Ukraynada təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".
#Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Şagirdlərə hansı halda telefondan istifadəyə icazə veriləcək? - Baku TV
- "Müəllimlərin maaş artımı ilə bağlı problem odur ki..." | Nazir açıqlama verdi - Baku TV
- Emin Əmrullayev məzunları son zəng münasibətilə təbrik etdi - Baku TV
- Təhsil sektorunda doktoranturaya marağın azalmasının səbəbləri məlum olub - Baku TV
- Elm və təhsil nazirinin Gəncədə məzunlarla rəqs etdiyi anlar
