Pleyeri seçin:

Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümüdür

12 dekabr 2024 324 baxış

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-nin Klivlend Klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü ilin dekabrın 12-də dünyasını dəyişib.

Bakıda Azərbaycan Kinosu Günü qeyd olundu - Baku TV

Bakıda Azərbaycan Kinosu Günü qeyd olundu - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
Yanan evdə faciəvi şəkildə ölən ailədən tək o sağ qaldı | Bir anda hər şeyini itirən Elçinin fəryadı

Yanan evdə faciəvi şəkildə ölən ailədən tək o sağ qaldı | Bir anda hər şeyini itirən Elçinin fəryadı

Cəmiyyət
01 avqust 2026 324 baxış
Lökbatan sakinləri su probleminin illərdir həll olunmamasından narazılıq edir - Baku TV

Lökbatan sakinləri su probleminin illərdir həll olunmamasından narazılıq edir - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - Baku TV

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? | Detallı açıqlama - Baku TV

Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? | Detallı açıqlama - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
Vətəndaşdan etiraz: "Ay ərzində 8 dəfə təcili yardım gəlir" - Baku TV

Vətəndaşdan etiraz: "Ay ərzində 8 dəfə təcili yardım gəlir" - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
Ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub - Baku TV

Ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
"Vəziyyət heç də ürək açan deyil" | Avtomobil bazarında əvvəlki hərəkətlilik niyə azalıb? - Baku TV

"Vəziyyət heç də ürək açan deyil" | Avtomobil bazarında əvvəlki hərəkətlilik niyə azalıb? - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
"Müxtəlif xəstəliklər yaradır" | Diabetin yaranmasına təsir edən amillər hansılardır? - Baku TV

"Müxtəlif xəstəliklər yaradır" | Diabetin yaranmasına təsir edən amillər hansılardır? - Baku TV

Cəmiyyət
01 avqust 2026 324 baxış
Pulsuz çimərlikdə yaradılan şərait: Vətəndaşlar nələri bilməlidir? - Baku TV CANLI

Pulsuz çimərlikdə yaradılan şərait: Vətəndaşlar nələri bilməlidir? - Baku TV CANLI

Cəmiyyət
01 avqust 2026 324 baxış
Seçilmişlər
icon