Pleyeri seçin:

Xaçmazda Azərbaycan Polisi Günü təntənəli şəkildə qeyd olunub | Elnur Rzayev çıxış etdi

02 iyul 2025 860 baxış

Xaçmazda Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon Polis Şöbəsində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daxili işlər naziri Vilayət Eyvazovun təbrik məktubu oxunub.

İcra başçısı Elnur Rzayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli vəzifələrində uğurlar arzulayıb. O bildirib ki, tarixin bütün dönəmlərində dövlətçiliyin keşiyində ayıq-sayıq dayanan polis orqanlarına ulu öndər Heydər Əliyev həmişə böyük qayğı ilə yanaşıb və bu xətt Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Samir Məcidov bildirib ki, polis əməkdaşları qanunlara, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.

Sonda polis işçilərinin peşə bayramı münasibətilə və rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında, ictimai asayişin qorunmasında fəal iştirakına görə bir qrup polis əməkdaşı daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə mükafatlandırılıb. Həmçinin xidmətdə fərqlənən polis əməkdaşlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və polis veteranlarına xatirə hədiyyələri təqdim olunub.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 860 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 860 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 860 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 860 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 860 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 860 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 860 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 860 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 860 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 860 baxış
Seçilmişlər
icon