Pleyeri seçin:

Xırdalanda Finikiya izi | DNT nəticələri hansı gerçəkləri üzə çıxardı? - Baku TV

19 avqust 2026 16 baxış

Heç düşünmüsünüzmü, sizdə olan hansısa xüsusiyyət, bacarıq, hətta xarakter kimdən keçib?

Bəzən ailədə illərdir danışılan hekayələrin arxasında tamam fərqli həqiqət dayanır. İnsan öz keçmişini araşdırarkən gözləmədiyi nəticələrlə qarşılaşa bilər. Məsələn, əsrlərdir Xırdalanda yaşayan bir nəslin ata xəttinin min illər əvvələ, qədim Levant bölgəsinə – indiki Livan ərazisinə qədər uzandığı müəyyənləşdirilib.

Tədqiqatçılar müasir insanların DNT nəticələrini qədim DNT nümunələri ilə müqayisə edərək onların hansı nöqtələrdə kəsişdiyini araşdıra bilirlər. Beləliklə, bu gün yaşayan bir insanın ata xəttinin izini minlərlə il əvvələ qədər izləmək mümkün olur.

Genetik tədqiqatçı Orxan Xansuvar bildirib ki, ağız suyundan nümunə götürülür, paketləşdirilir və analiz üçün rəsmi qaydada ABŞ-yə göndərilir:

“Dörd-beş aya cavablar onlayn formada çıxır. Elə bir seyid nəsli var idi ki, onların ocaqları, pirləri, xüsusi strukturları var idi və bu, əzəldən gələn bir ənənə idi. Həmin nəsilləri test etmişdik və görmüşdük ki, ümumiyyətlə, ata xətti ilə nəinki seyidlərə, hətta ərəblərə də aidiyyəti yoxdur.

Xırdalanda, məsələn, Abbasalılar nəsli var. Dövlət arxiv fondlarında saxlanılan sənədlərə əsasən, bu nəsil kəndin əsasını qoyub. Maraqlıdır ki, həmin Abbasalılar nəslinin “J1STS7680” subkladı olduğu müəyyənləşib. Bu subkladın təxminən 3200 il yaşı var.

Maraqlıdır ki, 3200 il ərzində həmin xırdalanlı həmyerlimizin ata xətti heç bir azərbaycanlı ilə birləşmədiyi halda birbaşa Livandakı qədim nümunə ilə – Finikiya qəbrindən götürülmüş nümunə ilə uyğunluq göstərir.

Laçında bir nəsildə “TSTS6280” subkladı aşkarlanıb. Bu subklad İsrail, Fələstin və Livan ərazilərindəki mağaralarda aşkar edilən qədim insan qalıqlarının sümük analizləri zamanı müəyyən edilib. Bu isə Azərbaycanda finikiyalılarla bağlı güclü genetik əlaqələrin mövcudluğuna dair maraqlı faktlardan biridir”.

Universitetə qəbulda gərginlik | Plan yerləri niyə çatmır? - Baku TV

Universitetə qəbulda gərginlik | Plan yerləri niyə çatmır? - Baku TV

Cəmiyyət
19 avqust 2026 16 baxış
Vətəndaşları narazı salan məqam | Eskalatorlar nə vaxt yenilənəcək? - Baku TV

Vətəndaşları narazı salan məqam | Eskalatorlar nə vaxt yenilənəcək? - Baku TV

Cəmiyyət
19 avqust 2026 16 baxış
"Üçmərtəbəli bina tikəcəyik" dedilər, görün nə oldu | Sakinlər şikayət edir - Baku TV

"Üçmərtəbəli bina tikəcəyik" dedilər, görün nə oldu | Sakinlər şikayət edir - Baku TV

Cəmiyyət
19 avqust 2026 16 baxış
"MTK nəinki göz yumur, hətta..." | Çoxmərtəbəli binada daşıyıcı divarlar sökülür? - Baku TV

"MTK nəinki göz yumur, hətta..." | Çoxmərtəbəli binada daşıyıcı divarlar sökülür? - Baku TV

Cəmiyyət
19 avqust 2026 16 baxış
Toyuq kəsimi müəssisəsi ilə bağlı nələr üzə çıxdı? - Baku TV CANLI

Toyuq kəsimi müəssisəsi ilə bağlı nələr üzə çıxdı? - Baku TV CANLI

Cəmiyyət
19 avqust 2026 16 baxış
Bir il əvvəl istifadəyə verilən cihaz bir aydır işləmir

Bir il əvvəl istifadəyə verilən cihaz bir aydır işləmir

Cəmiyyət
19 avqust 2026 16 baxış
Əhalinin nəzərinə | Hansı ərazilərdə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı ərazilərdə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
19 avqust 2026 16 baxış
"Yalan deyirlər, dayanın, mən danışım" | 8 Noyabr prospektində xaos - Baku TV

"Yalan deyirlər, dayanın, mən danışım" | 8 Noyabr prospektində xaos - Baku TV

Cəmiyyət
19 avqust 2026 16 baxış
Sosial media fenomeni balacaları sevindirdi

Sosial media fenomeni balacaları sevindirdi

Cəmiyyət
19 avqust 2026 16 baxış
"Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV

"Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV

Cəmiyyət
19 avqust 2026 16 baxış
Seçilmişlər
icon