Pleyeri seçin:

Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur? | Ekspertlər nələri açıqladı? - Baku TV

11 dekabr 2025 557 baxış

Son günlər baş verən yanğın hadisələri, insanların bu faciədə həyatlarını itirmələri bəzi suallar yaradır.

Paytaxtdakı binaların neçə faizində ehtiyat yanğın çıxışı var? Maraqlıdır, binalar inşa edilərkən hansı təhlükəsizlik qaydaları nəzərə alınır?

Memar Elçin Əliyev mövzu ilə bağlı qeyd edib ki, son 100 ildə tikilən binalarda yanğın çıxışları layihədə nəzərdə tutulur və həyata keçirilir:

“Amma təəssüf ki, tikintidən sonra qaydalara nəzarət olunmur. Yanğın çıxışları çox vaxt zəbt olunur – istər yeni tikililərin, istərsə də tarixi binaların birinci mərtəbələri. Restoranlar, barlar, mağazalar – hamısı bu yerləri zəbt edir”.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, köhnə binalarda yanğın təhlükəsi daha yüksək olur: “Bunun əsas səbəbi pilləkən qəfəslərinin açıq olmasıdır. Yeni binalarda isə yanğına davamlı qapılar quraşdırılır və tüstünün yayılmasının qarşısını alan sistemlər mövcuddur. Köhnə binalarda bu sistemlər olmadığından yanğın çox qısa müddətdə bütün mərtəbələri bürüyə bilir. Təəssüf ki, belə binalarda yaşayan insanların əksəriyyəti təxliyə yollarını və davranış qaydalarını da bilmir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, respublika ərazisində yerləşən çoxmənzilli yaşayış binaları müvafiq layihə əsasında inşa olunsa da, layihələrdə binaların təxliyə çıxışları yanğın əleyhinə tələblərə uyğun nəzərə alınsa da, yoxlamalar zamanı binaların bir hissəsində ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmadığı müəyyən olunub.

Mütəxəssislər sahibkarların bütün təhlükəsizlik tədbirlərinə riayət etməli olduğunu, binada hər hansı dəyişiklik edildikdə mütləq aidiyyəti qurumlara məlumat verməyi və ya memarla məsləhətləşmələr aparmağı vacib bilirlər.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 557 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 557 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 557 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 557 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 557 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 557 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 557 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 557 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 557 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 557 baxış
Seçilmişlər
icon