Pleyeri seçin:

Yol kənarını zəbt edən sahibkar kimdir? | Qurumlar olanlara nə cavab verdi? - Baku TV

13 fevral 2026 780 baxış

Baku TV-nin qaynar xəttinə Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 2 ünvanında, “Kral” şadlıq sarayının yaxınlığında yolun hər iki tərəfinə boruların yığılması və parklanma yerlərinin zəbt olunması ilə bağlı müraciət daxil olub.

Şikayətçilərin sözlərinə görə, parklanma yerlərinin zəbt edilməsi səbəbindən avtomobillərini qadağan olunmuş ərazilərdə saxlamağa məcbur qalırlar. Bu isə onların cərimələnməsinə gətirib çıxarır.

Bundan əlavə, ərazidə dörd ədəd tərk edilmiş, qəzaya uğramış avtomobilin olduğu bildirilir. Həmin nəqliyyat vasitələrinin uzun müddət yol kənarında saxlanılması parklanma imkanlarını məhdudlaşdırmaqla yanaşı, gediş-gəlişi də çətinləşdirir.

“Burada avtomobil saxlamaq mümkün deyil. Qəzalı vəziyyətdə olan maşınların sayı isə günü-gündən artır. Burada işləyən əməkdaşlar maşınlarını saxlaya bilmədikləri üçün kənarda parklama edirlər və nəticədə, cərimə olunurlar”, – deyə sakinlərdən biri bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ərazidəki boruların İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə, tərk edilmiş avtomobillərin isə Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olduğu bildirilib. Lakin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən boruların onlara aid olmadığı açıqlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, boruların ərazidən götürülməsi ilə bağlı sahibkara xəbərdarlıq edilib. Sahibkar təmir-tikinti materiallarının yığışdırılması ilə bağlı öhdəlik götürüb.

Ərazidəki tərk edilmiş qəzalı avtomobillərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli qeyd edib ki, yol hərəkətini pozan sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onun sözlərinə görə, sıxlığa səbəb olan və hərəkəti çətinləşdirən nəqliyyat vasitələri artıq ərazidən evakuasiya edilib.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 780 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 780 baxış
Seçilmişlər
icon