Pleyeri seçin:

Yol polisindən küləkli hava ilə əlaqədar sürücülərə xəbərdarlıq

22 sentyabr 2025 225 baxış

"Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı etdiyi xəbərdarlıqda bildirilib.

"Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalı yüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyə olunur.

Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, təhlükəli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakı insanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkət iştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqət yetirsinlər", ‒ deyə müraciətdə qeyd edilib.

"Valideynlərin ən çox etdiyi səhv..." | Yayılan xəstəliyin qripdən fərqi və əlamətləri - BAKU MED

"Valideynlərin ən çox etdiyi səhv..." | Yayılan xəstəliyin qripdən fərqi və əlamətləri - BAKU MED

Cəmiyyət
06 dekabr 2025 225 baxış
Güclü yağış paytaxtda vəziyyəti gərginləşdirdi | Hövsanda yollar gölməçəyə çevrildi - Baku TV

Güclü yağış paytaxtda vəziyyəti gərginləşdirdi | Hövsanda yollar gölməçəyə çevrildi - Baku TV

Cəmiyyət
06 dekabr 2025 225 baxış
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirildi - Baku TV

Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirildi - Baku TV

Cəmiyyət
06 dekabr 2025 225 baxış
Tanışını bıçaqlayıb qaçmaq istədi, maşın vurdu | Cinayətkar məhkəmədə dindirildi - Baku TV

Tanışını bıçaqlayıb qaçmaq istədi, maşın vurdu | Cinayətkar məhkəmədə dindirildi - Baku TV

Cəmiyyət
06 dekabr 2025 225 baxış
İş yerindəki mübahisə faciəyə səbəb oldu | Qətl törədən cinayətkara hökm oxundu - Baku TV

İş yerindəki mübahisə faciəyə səbəb oldu | Qətl törədən cinayətkara hökm oxundu - Baku TV

Cəmiyyət
06 dekabr 2025 225 baxış
Sumqayıt sakinləri evlərinə niyə köçə bilmirlər? - Baku TV

Sumqayıt sakinləri evlərinə niyə köçə bilmirlər? - Baku TV

Cəmiyyət
06 dekabr 2025 225 baxış
"O qızı qaytarıb gətirirdik evə" | Şabran sakini sosial şəbəkədən, boşanmadan danışdı - O VAXTLAR

"O qızı qaytarıb gətirirdik evə" | Şabran sakini sosial şəbəkədən, boşanmadan danışdı - O VAXTLAR

Cəmiyyət
05 dekabr 2025 225 baxış
“Sea Breeze”dən ev və maşın qazanma şansı | Birmarket-in lotereyasına necə qoşulmaq olar? - Baku TV

“Sea Breeze”dən ev və maşın qazanma şansı | Birmarket-in lotereyasına necə qoşulmaq olar? - Baku TV

Cəmiyyət
05 dekabr 2025 225 baxış
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açıldı | Startap quruculuğuna dəstək - Baku TV

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açıldı | Startap quruculuğuna dəstək - Baku TV

Cəmiyyət
05 dekabr 2025 225 baxış
Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV

Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV

Cəmiyyət
05 dekabr 2025 225 baxış
Seçilmişlər
icon