ABŞ Çinin sərt reaksiyası ilə üzləşəcək?
ABŞ hərbçilərinin Əfqanıstandakı Baqram aviabazasına qayıtması Çinin sərt reaksiyasına səbəb ola bilər.
Bu barədə “South China Morning Post” qəzeti ekspertlərə istinadən məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, belə bir addım Pekinin Əfqanıstandakı təsirini zəiflətmək cəhdi kimi qiymətləndiriləcək.
Bundan başqa, bazanın Çin Xalq Respublikasının nüvə obyektlərinə yaxınlığı regionda gərginliyi artırmaq potensialına malikdir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı hərbi bazanın tərk edilməsini səhv adlandırmışdı. Onun sözlərinə görə, Vaşinqton obyekt üzərində nəzarəti bərpa etməyə çalışır. Amerika lideri Əfqanıstan hakimiyyətinə xəbərdarlıq edərək, Baqram bazasının ABŞ-yə verilməsindən imtina ediləcəyi halda “pis nəticələr” olacağı ilə hədələyib.
#ABŞ teqi istifadə olunub
- Stiv Uitkoff ilə Rusiya Prezidenti arasında görüş necə keçib? - Baku TV CANLI
- Supergüclərin sensasiyalı “sülh oyunu” | Rusiya-ABŞ danışıqlarından sonra nə baş verəcək? - Baku TV
- Putinin köməkçisindən açıqlama
- Rusiya və ABŞ niyə razılığa gələ bilmədi?
- “Müharibəni bitirmək istəməsələr...” | Marko Rubio müsahibə verdi
