Pleyeri seçin:

ABŞ-dən açıq mesaj | Cey Di Vens ABŞ-nin şərtlərini xatırlatdı - Baku TV

09 aprel 2026 194 baxış

"Əgər Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə əməl etmək niyyətində deyil".

Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə, öz növbəsində, boğazı açmalıdırlar. Əgər bu, baş verməsə, əgər İran razılaşmanın özünə aid hissəsinə əməl etməsə, o zaman Prezident də razılaşmanın özünə aid hissəsinə əməl etməyəcək", – deyə Cey Di Vens bildirib.

O həmçinin qeyd edib ki, əgər Tehran xoş niyyətlə danışıqlar apararsa, ABŞ İrandan uranın zənginləşdirilməsindən imtina etməsi ilə bağlı tələblərinə düzəlişlər etməyə hazırdır.

Vens həmçinin vurğulayıb ki, Vaşinqton Tehrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib və tərəflər arasında anlaşılmazlıq mövcuddur.

"Güman edirəm ki, İranda atəşkəsin Livana aid olduğunu düşünüblər, lakin bu, belə deyil. Biz heç vaxt belə vədlər verməmişik. Biz demişik ki, atəşkəs İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Fars körfəzinin ərəb ölkələrinə aid olacaq", – deyə Vens bildirib.

Bununla belə, o əlavə edib ki, İsrail tərəfi Livandakı fəaliyyətlərini məhdudlaşdırmağı təklif edib. Vitse-prezidentin sözlərinə görə, İsrail bu yolla İran və ABŞ danışıqlarının uğurla nəticələnməsi üçün şərait yaratmağa çalışır.

Fransa kəşfiyyatının Ermənistandakı xüsusi missiyası ifşa olundu

Fransa kəşfiyyatının Ermənistandakı xüsusi missiyası ifşa olundu

Dünya
07 iyun 2026 194 baxış
Ermənistanda seçki prosesində gərginlik yaşandı - Baku TV CANLI

Ermənistanda seçki prosesində gərginlik yaşandı - Baku TV CANLI

Dünya
07 iyun 2026 194 baxış
Paşinyandan gözlənilməz etiraf | Ermənistan rəsmi olaraq geri addım atdı? - Baku TV CANLI

Paşinyandan gözlənilməz etiraf | Ermənistan rəsmi olaraq geri addım atdı? - Baku TV CANLI

Dünya
07 iyun 2026 194 baxış
Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini hədəfə aldı - Baku TV

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini hədəfə aldı - Baku TV

Dünya
07 iyun 2026 194 baxış
Rusiyanın yeni reaktiv dronları: Ukrayna ordusu çarəsiz qala bilər - Baku TV

Rusiyanın yeni reaktiv dronları: Ukrayna ordusu çarəsiz qala bilər - Baku TV

Dünya
07 iyun 2026 194 baxış
Vaşinqton Tehrana qarşı əməliyyatları bərpa edə bilər

Vaşinqton Tehrana qarşı əməliyyatları bərpa edə bilər

Dünya
07 iyun 2026 194 baxış
Ukraynanın iki kateri vuruldu, xəsarətalanlar var

Ukraynanın iki kateri vuruldu, xəsarətalanlar var

Dünya
07 iyun 2026 194 baxış
"Sagrada Familia" 12 min 60 elementdən ibarətdir

"Sagrada Familia" 12 min 60 elementdən ibarətdir

Dünya
07 iyun 2026 194 baxış
Ohayo ştatında baş verən insident nəticəsində 12 nəfər yaralanıb

Ohayo ştatında baş verən insident nəticəsində 12 nəfər yaralanıb

Dünya
07 iyun 2026 194 baxış
Böyük Britaniyada kəskin artım müşahidə olunub

Böyük Britaniyada kəskin artım müşahidə olunub

Dünya
07 iyun 2026 194 baxış
Seçilmişlər
icon