ABŞ-nin təklifi razılaşdırıldı? - Qəzzada dəhşətə gətirən vəziyyət
İsrailin hücumları nəticəsində Qəzza zolağında son sutkada 60 fələstinli ölüb, 344 nəfər yaralanıb.
Humanitar yardım gözləyənlərdən isə 27 nəfər ölüb, 281 nəfər isə güllə yarası alıb. Bununla da Qəzza zolağında ölənlərin sayı 62 004 nəfərə yüksəlib, 156 230 fələstinli isə yaralanıb.
ABŞ və İsrailin dəstəklədiyi Qəzzaya humanitar yardım fondunun qida təminatı zamanı 1965 insan ölüb, 14 701 nəfər xəsarət alıb.
Avqustun 18-də 1000 fələstinli Qəzzanın şimalını tərk edib. Onların zolağın cənubuna köç etməsinə səbəb şimalda İsrail quru qoşunlarının əməliyyatlarının artmasıdır.
Fələstin tərəfinin məlumatına görə, İsrailin Qəzza əməliyyatları bir milyona yaxın insanın ərazini tərk etməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün fələstinlilər müharibənin dayandırılması ilə bağlı aksiyalar keçiririlər.
Qəzza sakinləri HƏMAS-a qarşı da danışıqlar tələbi ilə çıxış edirlər. Lakin ABŞ-nin təklif etdiyi atəşkəs də hələ razılaşdırılmayıb.
#ABŞ teqi istifadə olunub
- Tramp Ərdoğanı seçdi: Türkiyə Avrasiyanın əsas aktoruna çevrilir? - AKTUAL GÜNDƏM
- Pandemiya əvvəlcədən planlaşdırılmışdı? - Maskdan COVID-19-la bağlı rezonans yaradan çıxış - Baku TV
- 122 raketlik kreyser İranın qapısında: "USS Princeton"un gəlişi nədən xəbər verir? - AKTUAL GÜNDƏM
- Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək
- "ABŞ-nin İranla ədavəti bir razılaşma ilə yox olmayacaq" | İsmayıl Bəqai
