Pleyeri seçin:

Açıq şəkildə deyirik ki... | Simonyandan Rusiya ilə gərginlik barədə sərt sözlər

25 mart 2025 240 baxış

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyinə yenidən baxmaq niyyətində deyil”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“KTMT-nin nəyi nəzərdən keçirməli olduğu aydın olmalıdır. Əgər təşkilat mövcuddursa, sərhədin harada olduğunu, hansı addımları atmalı və ya atmamalı olduğunu açıq şəkildə bəyan etməlidir”, – deyə A.Simonyan vurğulayıb.

O, Baş nazir Nikol Paşinyanın göstərişi ilə Ermənistanın idarələrinin rusiyalı tərəfdaşları ilə əməkdaşlığı intensivləşdirməyə başlaması barədə yayılan məlumatları da təkzib edib.

A.Simonyan eyni zamanda Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin sonsuza qədər davam edə bilməyəcəyini bildirib:

“Münasibətlərimizdə problemlər olub və bu məsələlər gündəmə gətirilib. Xaricdən səslənən qiymətləndirmələr reallığa uyğun gəlmir. Bir fakt dəyişməz qalır: Ermənistan öz müstəqilliyini və suverenliyini qoruyur”.

O əlavə edib ki, İrəvan hər hansı bir strukturun fəaliyyətindən və ya qərarlarından narazı qaldıqda bunu açıq şəkildə bəyan edir:

“Biz heç vaxt hər hansı bir ölkə ilə münasibətləri tamamilə kəsmək niyyətində olmamışıq. Bu, Rusiya ilə əlaqələrimizə də aiddir. 2021-2024-cü illərdə yaranan vəziyyətlərlə bağlı Ermənistanın qaldırdığı suallar hələ də cavab gözləyir”. 

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 240 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 240 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 240 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 240 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 240 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 240 baxış
Arizona ştatındakı hərbi bazada atışma baş verib

Arizona ştatındakı hərbi bazada atışma baş verib

Dünya
20 dekabr 2025 240 baxış
Rusiya Prezidentindən sensasiyalı açıqlama

Rusiya Prezidentindən sensasiyalı açıqlama

Dünya
20 dekabr 2025 240 baxış
Rubio Rusiya-Ukrayna müharibəsindən danışdı

Rubio Rusiya-Ukrayna müharibəsindən danışdı

Dünya
20 dekabr 2025 240 baxış
Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV

Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV

Dünya
20 dekabr 2025 240 baxış
Seçilmişlər
icon