Azərbaycanlı namizəddən sərt sözlər | İranda vəziyyət gərginləşir
Səid Cəlili təcrübəsiz və təhlükəlidir.
Bunu İran prezidentliyinə namizəd Məsud Pezeşkian seçkinin ikinci turu ilə bağlı yaydığı bəyanatında qeyd edib.
M.Pezeşkian birinci turda S.Cəliliyə səs verməyənlərə təşəkkür edib, onların bu hərəkətini qeyri-adi və təhlükəli ideyalara mənfi cavab kimi qiymətləndirib.
“Fəlakətdən qaçıb özümüzü sığortalamalıyıq. Gəlin bir daha düşünək və baş verə biləcəklərin heç də zarafat olmadığını qəbul edək! Etibarsız, təcrübəsiz və təhlükəli insanlar İranı qəribə ideyaların ən böyük laboratoriyasına çevirə bilərlər”, – deyə o bildirib.
Qeyd edək ki, İranda iyunun 28-də keçirilən seçkinin birinci turunda Azərbaycan əsilli Məsud Pezeşkian ən çox səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili M.Pezeşkiandan təqribən bir milyon az səslə ikinci olub. Onlar 5 iyulda ikinci turda mübarizə aparacaqlar.