Fələstinlilərin qayıtması tarixi səhvdir | Trampdan Qəzza barədə iddialı açıqlamalar
ABŞ Prezidenti Donald Tramp HƏMAS-la İsrail arasında atəşkəsin əldə olunmasından sonra fələstinlilərin Qəzza zolağına qayıtmalarını tarixi səhv adlandırıb.
Elə bu ifadəsinin ardından o bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağını satın ala, onun üzərində nəzarət qura və sonra ərəb ölkələrinin köməyi ilə bərpa edə bilər.
Ağ Ev rəhbəri bunu öz təyyarəsinin göyərtəsində yerli media nümayəndələrinə verdiyi müsahibəsində deyib.
"Mən Qəzza zolağını satın almaq və ona sahib olmaq ideyasına sadiqəm. Qəzzanın bizim gücümüzlə bərpasına gəldikdə isə Yaxın Şərqin başqa ölkələrinə onun müəyyən hissəsini tikmək imkanı verə bilərik. Amma onlar bunu bizim, yəni Amerikanın himayəsi altında edə bilərlər”, – deyə o qeyd edib.
Ağ Ev rəhbərinin fikrincə, ərəb ölkələri ABŞ ilə danışıqlardan sonra Qəzza sakinlərini qəbul edib, öz ölkələrində onlara yaşama hüququ verməlidir.
#ABŞ teqi istifadə olunub
- Qətər Pakistanın yerini tutur? | Yaxın Şərqdə danışıqlar gedir - Baku TV CANLI
- Tramp benzin qiymətlərinin dərhal endirilməsini tələb edib
- ABŞ-İran razılaşması qlobal enerji balansını dəyişə bilərmi? - Baku TV
- Ukrayna ilə bağlı dəyişən fikirlər yeni ab-hava yaradıb - Baku TV
- İran və Qətər dondurulmuş İran aktivləri barədə razılığa gəldi
