Pleyeri seçin:

Fransa Ermənistanı necə aldadır? - Rusiya ilə bağlı məqsəd

23 fevral 2024 155 baxış

“İlk dəfədir ki, Fransadan “Bastion” zirehli texnika gəlir və onların münaqişə zonasında olan Ermənistan üçün effekt verəcəyini düşünmürəm. Məsələn, onları Ukraynaya təklif etdilər, amma rədd edildi. Çünki onlar guya avtomatik silah atəşindən qoruyur, lakin ağır pulemyotdan istifadə edilərsə, o faydasız ola bilər”.

Bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib.

“Cəbhədə onların heç bir mənası yoxdur və istənilən ölkədən böyük miqdarda gecə görmə cihazlarını ala bilərsiniz, bu problem deyil. Hava hücumundan müdafiə sistemləri silah deyil, səmada pilotsuz uçan obyektləri aşkarlayır. Tutaq ki, onlar aşkar edilib, lakin onları məğlub edəcək avadanlıq yoxdursa, onda nə mənası var?

Bu radarların İrəvana çatdırılmasının bir məqsədi var – Ermənistan Rusiya ilə hava hücumundan müdafiənin birgə idarə olunmasına dair müqavilə bağlayıb və onların vəzifəsi ümumi hava hücumundan müdafiə idarəetmə sisteminə daxil olmaqdır, çünki bu, Rusiya-Ukrayna cəbhəsinə daxil olmaq üçün Qərbə lazımdır.

İrəvana gələn Fransa müdafiə nazirinin mesajı ilə bağlı demək istərdim ki, burada təhlükəli proseslər başlayır. Həmçinin Azərbaycan Prezidentinin İrəvan-Paris hərbi-texniki əməkdaşlığı ilə bağlı son dərəcə mənfi mövqeyini də nəzərə alaq. Fransa faktiki olaraq Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevə Fransanın Ermənistanı Bakıya qarşı müharibəyə başlamaq üçün silahlandırmasını deməyə imkan verir. Üstəlik, bu, Azərbaycana hərbi əməliyyatlara başlamaq üçün tam legitim əsas verə bilər.

Bu baxımdan Bakı qabaqlayıcı əks-hücuma keçə bilər. Fransanın da məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Çünki Ukrayna cəbhəsində onların hara getdiyi aydındır, gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq”, – o bildirib.

Zelenskinin yaxın çevrəsi ilə əlaqələndirilən biznesmenlə bağlı yeni xəbər

Zelenskinin yaxın çevrəsi ilə əlaqələndirilən biznesmenlə bağlı yeni xəbər

Dünya
23 dekabr 2025 155 baxış
Rusiya bu ölkəyə hücuma keçsə... | “The Telegraph”dan məlumat 

Rusiya bu ölkəyə hücuma keçsə... | “The Telegraph”dan məlumat 

Dünya
23 dekabr 2025 155 baxış
“Xameneini öldürməyə cəhd etsələr də...” | İranlı deputatdan qəribə çıxış

“Xameneini öldürməyə cəhd etsələr də...” | İranlı deputatdan qəribə çıxış

Dünya
23 dekabr 2025 155 baxış
Rusiya Ukraynaya 650 dronla hücum edib

Rusiya Ukraynaya 650 dronla hücum edib

Dünya
23 dekabr 2025 155 baxış
Aİ-nin Ukrayna və Moldova barədə hesabatına Gürcüstandan reaksiya

Aİ-nin Ukrayna və Moldova barədə hesabatına Gürcüstandan reaksiya

Dünya
23 dekabr 2025 155 baxış
Öcalan Mazlum Kobaniyə məktub yazdı – “Onları təşkilatdan uzaqlaşdır”

Öcalan Mazlum Kobaniyə məktub yazdı – “Onları təşkilatdan uzaqlaşdır”

Dünya
23 dekabr 2025 155 baxış
Zelenskidən təcili tapşırıq | Rusiya məhz bu tarixdə kritik hücuma start verəcək? - Baku TV

Zelenskidən təcili tapşırıq | Rusiya məhz bu tarixdə kritik hücuma start verəcək? - Baku TV

Dünya
23 dekabr 2025 155 baxış
Dondurulmuş milyardlarla pulun Ukraynaya yönəldilməsi barədə ciddi qarşıdurma yaşanır

Dondurulmuş milyardlarla pulun Ukraynaya yönəldilməsi barədə ciddi qarşıdurma yaşanır

Dünya
23 dekabr 2025 155 baxış
Finlandiyada maralların tələfatının səbəbi müharibədir?

Finlandiyada maralların tələfatının səbəbi müharibədir?

Dünya
23 dekabr 2025 155 baxış
Ukrayna üçün tarixi qərar | Zelenski sülh üçün şərtləri açıqladı - Baku TV

Ukrayna üçün tarixi qərar | Zelenski sülh üçün şərtləri açıqladı - Baku TV

Dünya
23 dekabr 2025 155 baxış
Seçilmişlər
icon