Pleyeri seçin:
Gürcüstanda təbii fəlakət nəticəsində azərbaycanlı itkin düşüb
Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində həyatını itirən 15 nəfərin meyiti tapılıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, azı 20 nəfərin axtarışları isə davam etdirilir.
Onu da bildirək ki, axtarılanlar arasında soydaşlarımızın kompakt yaşadıqları Rustavi şəhərindən olan 18 yaşlı Samirə İsayeva da var. Təxminən 10 gün öncə Samirə İsayeva öz dostları ilə birlikdə təbii fəlakət baş verən ərazidə istirahətdə olub. Ailə üzvləri onunla sonuncu dəfə avqustun 2-də əlaqə saxlayıblar.
Qeyd edək ki, avqustun 5-i səhər saatlarından etibarən axtarışlara hərbçilər də cəlb olunub. Ərazidə çox sayda texnika və canlı qüvvə çalışır.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- Hökumətlərimiz arasında olduqca yaxşı münasibətlər qurulub | İrakli Kobaxidze - Baku TV
- Kavelaşvilidən ölkəsinin gələcəyi ilə bağlı açıqlamalar
- Gürcü politoloqlar mövcud vəziyyəti Baku TV-yə şərh etdi - Baku TV
- Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV
- Bakı yanacağı İrəvana pulsuz daşınılacaq | "Sülh əməkdaşlıq və dostluqdan asılıdır" - Baku TV
