Pleyeri seçin:

Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?

18 dekabr 2025 73 baxış

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə və sülh planı ilə bağlı son bəyanatları göstərir ki, Kreml maksimalist məqsədlərindən geri çəkilməyib və gələcəkdə təcavüzü bərpa etmək üçün təhlükəsizlik zəmanətləri olmayan sülh sazişinə can atır.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Vladimir Putin dekabrın 17-də bəyan edib ki, əgər Kiyev və Qərb məzmunlu müzakirələrdən imtina edərsə, Rusiya tarixi torpaqlarını hərbi vasitələrlə alacaq.

ISW qeyd edir ki, Putinin bu bəyanatı müharibənin davam etməsinə görə məsuliyyəti Rusiyanın üzərindən Ukraynaya atmaq məqsədi daşıyır.

Rusiya liderinin açıqlaması həm də göstərir ki, o, ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan 28 bəndlik sülh planına əsaslanan heç bir sülh sazişindən razı qalmayacaq və əməliyyatların istənilən formada dayandırılmasından sonra belə, öz məqsədlərinə nail olmağa çalışacaq.

“Kremlin 28 maddəlik planın bəzi elementlərinə zidd olan təkrarlanan bəyanatları Putinin hətta bu ilkin razılaşmanı belə qəbul etməyə hazır olduğunu şübhə altına alır və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin istənilən razılaşmanın uzunömürlü olması baxımından nə qədər vacib olduğunu göstərir”, – təhlildə vurğulanır.

Kreml dəfələrlə açıq şəkildə belə təhlükəsizlik zəmanətlərini rədd edib, xüsusilə də Ukraynada Qərb hərbi kontingentlərinin yerləşdirilməsinə qəti şəkildə qarşı çıxır.

ISW-nin qənaətinə görə, Kreml gələcəkdə Ukraynaya qarşı təcavüzü bərpa etməyə şərait yaratmaq məqsədilə təhlükəsizlik zəmanətləri olmayan bir sülh sazişi əldə etməyə çalışır: “Bu isə Putinin maksimalist hərbi məqsədinə – Ukrayna üzərində tam və effektiv nəzarətin qurulmasına xidmət edir”.

Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Dünya
18 dekabr 2025 73 baxış
Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Dünya
18 dekabr 2025 73 baxış
“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

Dünya
18 dekabr 2025 73 baxış
27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə

27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə

Dünya
18 dekabr 2025 73 baxış
27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI

27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI

Dünya
18 dekabr 2025 73 baxış
Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir

Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir

Dünya
18 dekabr 2025 73 baxış
Tramp xalqa müraciətində Ukrayna və Venesueladan danışmadı

Tramp xalqa müraciətində Ukrayna və Venesueladan danışmadı

Dünya
18 dekabr 2025 73 baxış
Tankerlər hərbçilər tərəfindən müşayiət olunacaq

Tankerlər hərbçilər tərəfindən müşayiət olunacaq

Dünya
18 dekabr 2025 73 baxış
Tarixin ən böyük İsrail–Misir anlaşması qeydə alınıb

Tarixin ən böyük İsrail–Misir anlaşması qeydə alınıb

Dünya
18 dekabr 2025 73 baxış
Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib

Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib

Dünya
18 dekabr 2025 73 baxış
Seçilmişlər
icon