Hindistan Baş nazirinə rəsmi dəvət | Putinlə Modi Moksvada görüşdü
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modi arasında görüş keçirilib.
Liderlərin ikitərəfli danışıqları Kremldə baş tutub. Görüşün protokol hissəsində Rusiya Prezidenti ilk olaraq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.
O, Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək cəhdləri də daxil olmaqla aktual məsələlərə göstərdiyi diqqətə görə N.Modiyə təşəkkür edib.
Rusiya lideri N.Modini payızda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib.
Rusiya mətbuatında verilən məlumatlarda o da bildirilib ki, Vladimir Putin Hindistanın Baş nazirinə 5 ildən sonra “Müqəddəs apostol Andrey Pervozvannı” ordenini təqdim edib.
Qeyd edək ki, Vladimir Putin Hindistanın Baş nazirinə ən yüksək dövlət mükafatının verilməsi haqqında fərmanı 2019-cu ildə imzalayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV
- Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?
- Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama
- Ukraynanın aqibəti necə olacaq?
- Putindən Qərbə açıq savaş mesajı | NATO üçün həyəcan təbili - Baku TV CANLI
