İran müharibəsi Britaniya şirkətlərinə mənfi təsir göstərəcək | "The Times"
İran ətrafındakı münaqişə Böyük Britaniya şirkətlərinin əksəriyyətinə artıq təsir edib və ya yaxın perspektivdə təsir göstərəcək.
Bu barədə "The Times" Britaniya Ticarət Palataları Assosiasiyasının hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, sorğuda iştirak edən 800 şirkətin 80 faizinin rəhbərliyi bu fikirdədir. Şirkətlərin 55 faizindən çoxu ABŞ və İsrailin İrana endirdiyi zərbələrin nəticələrinin artıq fəaliyyətlərinə təsir etdiyini bildirib. Daha 25 faiz şirkət isə yaxın gələcəkdə mənfi təsir gözlədiyini qeyd edib.
Nəşrin yazdığına görə, ən pessimist vəziyyət istehsal sektorunda müşahidə olunur. Bu sahədə fəaliyyət göstərən şirkətlərin 68 faizi Yaxın Şərqdəki hadisələrin nəticələrini artıq hiss etdiyini bildirib, 23 faizi isə yaxın zamanda təsirlərin artacağını gözləyir.
Şirkətlər enerji daşıyıcılarının bahalaşması, təchizat zəncirində fasilələr və materialların qiymətinin artması kimi risklərə hazırlaşdıqlarını açıqlayıblar.
Britaniya Ticarət Palataları Assosiasiyasının ticarət siyasəti şöbəsinin rəhbəri Uilyam Beyn bildirib ki, atəşkəs yaxın vaxtda münaqişənin sonu olsa belə, iqtisadi nəticələr aylarla hiss ediləcək.
“Geosiyasi mənzərə ciddi şəkildə dəyişib və burada sürətli həll yolu yoxdur”, – deyə o vurğulayıb.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
- Pezeşkian açıqlama verdi | "Danışıqların necə aparılmalı olduğunu deyib" - Baku TV
- Qarşıdurmada kritik məqam: Xameneinin gizli yerdə olması ABŞ üçün risk, yoxsa üstünlükdür? - Baku TV
- İran yüksək beynəlxalq nüfuza malik gücə çevriləcək | Naim Qasım
- ABŞ və İran arasında hazırlanan ilkin razılaşmada nələr var?
- Hərbi əməliyyatlar yenidən başlaya bilər?
