Pleyeri seçin:

İrana qarşı əməliyyat Avropaya ABŞ-dən daha çox iqtisadi zərər vurur | KİV

09 mart 2026 62 baxış

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat Avropa və Asiya ölkələrinə ABŞ-dən daha çox iqtisadi zərər vurur.

Bu barədə "Vaşinqton Post" qəzetində dərc olunan məqalədə bildirilir. Nəşr qeyd edir ki, müharibənin iqtisadi nəticələri təkcə Hörmüz boğazından keçən neft və qaz tədarükünə təsir göstərmir.

Münaqişə zonasındakı bir neçə beynəlxalq hava limanının bağlanması qlobal yük daşımalarında ciddi problemlər yaradıb. Məlumata görə, Dubay da daxil olmaqla bir sıra beynəlxalq hava limanlarının bağlanması beynəlxalq yük hava daşımalarının, demək olar ki, beşdə birinin dayanmasına səbəb olub. Bu isə məişət elektronikası, farmasevtika məhsulları və qiymətli metalların tədarükündə fasilələr yaradıb.

San-Fransiskoda yerləşən “Flexport” logistika şirkətinin rəhbəri Rayan Pitersonun sözlərinə görə, münaqişə başlayandan sonra Asiyadan Avropaya hava yük daşımalarının qiyməti 45 faiz artıb. Onun məlumatına əsasən, Asiyadan ABŞ-yə daşımaların qiyməti isə bundan iki dəfə az artıb.

Nəşr qeyd edir ki, müharibə Avropa və Asiya iqtisadiyyatlarına ABŞ ilə müqayisədə daha sürətli və daha güclü təsir göstərir.

"Vaşinqton Post"un qiymətləndirməsinə görə, hazırda ən ciddi nəticələri Belçika, Hindistan, İtaliya, Çin və Cənubi Koreya kimi ölkələr hiss edir. Bu ölkələrin iqtisadiyyatı Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft və qaz tədarükündən daha çox asılıdır.

İsrail ordusu Livanda quru əməliyyatına başladı - ANA XƏBƏR

İsrail ordusu Livanda quru əməliyyatına başladı - ANA XƏBƏR

Dünya
09 mart 2026 62 baxış
İrana hücum Putinin hərb maşınına ciddi ziyan vurdu

İrana hücum Putinin hərb maşınına ciddi ziyan vurdu

Dünya
09 mart 2026 62 baxış
İran yeni ali lideri üçün səbirsizlənir

İran yeni ali lideri üçün səbirsizlənir

Dünya
09 mart 2026 62 baxış
İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq | ABŞ-nin hərbi naziri

İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq | ABŞ-nin hərbi naziri

Dünya
09 mart 2026 62 baxış
Lukaşenkodan dollar və ticarət əlaqələri barədə diqqətçəkən açıqlama

Lukaşenkodan dollar və ticarət əlaqələri barədə diqqətçəkən açıqlama

Dünya
09 mart 2026 62 baxış
İran-Türkiyə gərginliyi pik həddə | ABŞ-dən vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI

İran-Türkiyə gərginliyi pik həddə | ABŞ-dən vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI

Dünya
09 mart 2026 62 baxış
AKP sözçüsündən yeni lider barədə açıqlama | İranı nələr gözləyir?

AKP sözçüsündən yeni lider barədə açıqlama | İranı nələr gözləyir?

Dünya
09 mart 2026 62 baxış
Şimali Kiprdə təhlükəsizliklə bağlı tədbirlər görülür

Şimali Kiprdə təhlükəsizliklə bağlı tədbirlər görülür

Dünya
09 mart 2026 62 baxış
Bəhreyndə 54 raket və dron hücumu qeydə alındı

Bəhreyndə 54 raket və dron hücumu qeydə alındı

Dünya
09 mart 2026 62 baxış
ABŞ-də həbsdə saxlanılan Maduro ölkəsinə bu mesajı yolladı

ABŞ-də həbsdə saxlanılan Maduro ölkəsinə bu mesajı yolladı

Dünya
09 mart 2026 62 baxış
Seçilmişlər
icon