Pleyeri seçin:
“İrana qarşı hərbi kampaniya bitməyib” | İsrail Ordusunun rəsmisindən savaş anonsu
“İsrailin İrana qarşı hərbi kampaniyası bitməyib, qarşıda yeni mərhələ var, lakin hazırda hərbçilərin diqqəti Qəzza zolağındakı döyüşlərə yönələcək”.
Bunu İsrail Ordusunun Baş qərargah rəisi, general-leytenant Eyal Zamir əməliyyat müşavirəsinin yekunlarına görə deyib.
Hərbi komandan deyib ki, İsrail mühüm mərhələni başa vurub:
“İrana qarşı kampaniya hələ bitməyib. Biz indiki nailiyyətlər əsasında yeni mərhələyə qədəm qoyuruq”.
Qeyd edək ki, iyunun 24-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. İsrail bundan əvvəl İranın atəşkəsi pozaraq raketlər atdığını bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı raket zərbəsi ilə bağlı məlumatı təkzib edib.
Kopyalandı
#İsrail Ordusu teqi istifadə olunub
- İsrail Ordusunun hücumu nəticəsində ölən və yaralananlar var
- Netanyahu İsrail Ordusuna hücum əmri verdi - Baku TV CANLI
- İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı
- İsrail Ordusu Livanda əməliyyat keçirdi
- İsrail Ordusunun Cənubi Livanda hərbi əməliyyatları intensiv şəkildə davam edir - Baku TV
