İsrail Məkkəyə hücum etsə, İslamabadın cavabı ilə üzləşəcək
Səudiyyə Ərəbistanı ilə Pakistan arasında saziş imzalanıb.
“Birgə Strateji Müdafiə Sazişi” iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır.
Razılaşmada vurğulanır ki, tərəflərdən birinə qarşı hər hansı hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu sazişdən narahat olan ölkələr var. Əlbəttə ki, ən çox da Hindistan qorxudan özünə yer tapmır. Əldə edilən razılaşma eyni zamanda İsrailin Qətərə hücumundan sonra Səudiyyə Ərəbistanının öz təhlükəsizliyini qorumaq üçün atdığı mühüm addım kimi də dəyərləndirilə bilər.
Eyni zamanda kəşfiyyat sahəsində əməkdaşlığın Pakistan üçün əhəmiyyəti böyükdür. Məlum olduğu kimi, ABŞ ilə əməkdaşlıq edən Səudiyyə Ərəbistanının kəşfiyyatı Qərbdən alınmış ən müasir texnologiya ilə təchiz edilib. Pakistan onların köməyindən istifadə etməklə Hindistanın planlaşdırdığı istənilən təxribat barədə əvvəlcədən məlumatlı olacaq və qarşısını ala biləcək.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
